Bu gün UEFA Millətlər Liqasında IV tura start verilib.
Yenicag.az xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti matçına çıxıb.
Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə Malta ilə bacarmayıb.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qrupun digər görüşündə isə Farer adaları Kosova ilə bərabərə qalıb – 1:1.
Millətlər Liqası
D liqası, 3-cü qrup, III tur
14 oktyabr
20:00. Azərbaycan – Malta – 1:1
Qol: Araz Abdullayev, 53 – Muskat, 37
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu
www.yenicag.az