!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin daha bir rəqibi bəlli oldu

!Reklam – Yazi

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama görüşü keçirəcək.

www.yenicag.az

1289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv