Millimizin növbəti 2 oyun üçün heyəti açıqlandı
Azərbaycan yığmasının UEFA Millətlər Liqasında qrup mərhələsinin son iki oyunu üçün heyəti açıqlanıb.
Yeniacg.az-ın məlumatına görə, millimiz UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosova yığması ilə qarşılaşacaq.
Komandamızın heyəti belədir:
| ADI, SOYADI | KLUBU |
| Kamran Ağayev | “Keşlə” |
| Səlahət Ağayev | “Neftçi” |
| Emil Balayev | “Səbail” |
| Maksim Medvedev | “Qarabağ” |
| Bədavi Hüseynov | “Qarabağ” |
| Rahil Məmmədov | “Qarabağ” |
| Şəhriyar Əliyev | “Sumqayıt” |
| Təmkin Xəlilzadə | “Qəbələ” |
| Urfan Abbasov | “Qəbələ” |
| Tural Axundov | “Neftçi” |
| Pavlo Paşayev | “Aleksandriya” (Ukrayna) |
| Qara Qarayev | “Qarabağ” |
| Araz Abdullayev | “Qarabağ” |
| Emin Mahmudov | “Neftçi” |
| Əfran İsmayılov | “Sumqayıt” |
| Rahid Əmirquliyev | “Səbail” |
| Cavid İmamverdiyev | “Sabah” |
| Riçard Almeyda | “Astana” (Qazaxıstan) |
| Dmitri Nazarov | “Ertsqebirqe” (Almaniya) |
| Mahir Mədətov | “Qarabağ” |
| Mirabdulla Abbasov | “Neftçi” |
| Ramil Şeydayev | “Krılya Sovetov” (Rusiya) |
| Rüfət Dadaşov | “Proysen” (Almaniya) |
| Ruslan Qurbanov | “Səbail” |












