Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Mini ilə gəzib ərə getməmişəm ki?” - Cəmilə kimə söz atdı?

“Bir ara yazdılar ki, aktrisadır, şou adamıdır, güya yalandan, görüntü xatirinə ərə getmişəm. Yalandan ərə gedəniydimsə, elə tez gedərdim də. Oturub niyə 30 yaşı gözləyirdim ki… Sonra yazırdılar ki, inşallah, bu da boşanar, heç ailəsi olmaz. Niyə axı?Camaatın qızları kimi mini ilə gəzib ərə getməmişəm ki?”

Bunu Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə Yenicag.az-a açıqlamasında sosial şəbəkələrdə barəsində yazılan təhqiramiz şərhlərdən danışarkən deyib.

Aktrisa ona pislik arzulayanların cavabını verib:

“Gecə-gündüz çəkilişlərdə əziyyət çəkmişəm, karyera barədə düşünmüşəm. Başım qarışıb, heç vaxtım da yox idi ər dalınca düşməyə. Kimə nə pislik etmişəm, niyə qarğış edirsən?Kim nə qarğış edirsə, özlərinə geri qayıtsın. Kim də gözəl dua edirsə, özlərinin qarşısına çıxsın, Allah onlara arzuladıqlarının onqatını yetirsin. Kimsə çirkab içindədirsə, bu, o demək deyil ki, hamı eynidir”.

Cəmilə vaxtilə ona yazılan şərhlərə görə əsəblərinin korlandığını da bildirib:

“Əsəbiləşmişəm, stress yaşamışam, sinir sistemim korlanıb, sakitləşdiricilər içmişəm. Sonra çalışmışam boş verim, zamanla hər şeyə öyrəşdim. Əvvəllər hər kəsə cavab yazırdım. Sonra gördüm ki, hamıya vaxt ayırsam, əsəb xəstəsi olaram. Biri səviyyəsiz, axmaq, paxıldırsa, onunla bacara bilməzsən. Ancaq öz əsəblərin korlanacaq.

Uşaq dünyaya gələndən sonra ümumiyyətlə, şərhləri oxumağa vaxtım yoxdur”.

Cəvahir

Loading...

www.yenicag.az

1499
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100