Minifutbol yığmamız bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq

media-hightechnic-468x90

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

media-banner_tuq

Yenicag.az “Report”un Bratislavaya ezam olunan əməkdaşına istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 21:15-də başlayacaq.

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05