Minik maşını ilə yük maşını toqquşub: Ölənlər var – YENİLƏNİB

Xazmazda yük maşını ilə minik maşınının toqquşması nəticəsində ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.

Yenicag.az xəbər verir ki, həmin şəxs 42 yaşlı Hüseynov Fariz Balazahid oğludur.

***

20:52

Xaçmazda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərdən birinin ad-soyadı məlum olub.

Yenicag.az xəbər verir ki, bu, 1987-ci il təvəllüdlü Xaçmaz rayon Çarxı kənd sakini Əliyev Rəşid Elşad oğludur.

***

19:39

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “TIR” markalı yük maşını ilə “Priora” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (apa.az)

Loading...