!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN-də 143 milyonluq yeyinti: Generalın apellyasiya şikayəti üzrə məhkəmə başladı

!Reklam – Yazi

Müdafiə Nazirliyində (MN) 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Cəlal Kazımov anket məlumatları dəqiqləşdirilən zaman boşandığını və subay olduğunu qeyd edib.

İş üzrə onun keçmiş həyat yoldaşı və övladları məhkəməyə müraciət edərək maraqlı şəxs qismində iştirak edirlər. Onlar özlərinə məxsus əmlakların həbsdən azad olunmasını istəyirlər.

Təqsirləndirilən Vüsal Əlizadə öz vəkilindən imtina etdiyini bildirib və dövlət hesabına vəkillə təmin olunmasını istəyib.

Cəlal Kazımov isə ümumilikdə vəkildən imtina etdiyini deyib və onun hüquqlarının hansısa vəkilin müdafiə etməsini istəməyib.

Ona izah olunub ki, vəkili olmadan proses davam etdirilə bilinməyəcək.

Məhkəmə prosesi təxirə salınıb. Bildirilib ki, Cəlal Kazımov və Vüsal Əlizadə dövlət hesabına vəkillə təmin olunacaq. Daha sonra məhkəmənin ilkin baxış prosesi davam etdiriləcək.

Proses fevralın 17-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinun hökmünə əsasən Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

www.yenicag.az

64
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv