Moldova Parlamentində Gənclər Forumunun təşkilatçıları ilə görüş keçirildi - FOTO

media-hightechnic-468x90

Moldova Parlamentində “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçıları ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüş Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jakonun dəvətilə baş tutub.

Maldova Parlamentində keçirilən qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı iştirak ediblər.

Görüş zamanı səfir Qüdsi Osmanov Azərbaycanla Moldova arasındakı münasibətlərin mövcud durumundan söz açıb.

Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jakoda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından duyduğu məmnuniyyəti dilə gətirib.

Görüşdə iştirak edən Moldova parlamentinin deputatları Maria Pancu, Anna Oqlindya və Marcela Nistor Azərbaycanla Moldova arasındakı sıx əlaqələrin cəmiyyətlər səviyyəsinə daşınmasının əhəmiyyətini qeyd edərək sözügedən forumun həyata keçirilməsinin zərurətdən doğduğunu bildirib.

Görüş zamanı iki ölkənin qeyri-hökumət təşkilatları tərəfindən birgə həyata keçirilə biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa