!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada azərbaycanlılara hücum edildi

!Reklam – Yazi

Dünən Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsində çalışan azərbaycanlılara hücum edib.

Yenicag.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Hücum saat 18:30 radələrində baş verib. Hücum edənlər təkər təmiri məntəqəsində olan 2 azərbaycanlıya bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən qaçıblar”, – agentlik bildirib.

Onun sözlərinə görə, polisin gəlişinə qədər 02 telefon nömrəsinə moskvalılardan təkər təmiri məntəqəsində atəş açıldığı barədə məlumat daxil olub.

“Polis əməkdaşları Aminyevskoye şossesində “Mercedes” markalı avtomobildə hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumatlara görə, bu, Moskvada yaşayan çeçendir”, – mənbə deyib.

Onun məlumatına görə, yaralılar kəllə-beyin travması, kəsici-deşici yaralar, travmatik silahdan istifadə nəticəsində alınmış güllə yaraları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı iki maddə – xuliqanlıq və qəsdən ağır bədən xəsarətləri yetirmək maddələri üzrə cinayət işi açılıb./Report/

www.yenicag.az

7823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv