Moskvanın Biryulevo rayonunda kütləvi dava baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 21:00-da baş verib. Belə ki, VAZ və “Mersedes” markalı iki avtomobil qəzadan son anda qurtulub. Amma sürücülər arasında mübahisə düşüb.
Sürücülərin davasına sərnişinlər də qarışıb. Dava kütləvi xarakter alıb. Mübahisə silahlı atışma ilə nəticələnib.
İnsident zamanı tapança, çəkic, beysbol dəyənəkləri, bıçaqlar və digər kəsici-deşici, küt alətlərdən istifadə edilib. Hadisə nəticəsində 3 nəfər xəstəxanalıq olub.
İnsidentlə bağlı 20 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında iki Çeçenistan, yeddi Azərbaycan, bir Gürcüstan və yeddi Ermənistan vətəndaşı olub.
Davanı kimin başlatdığı araşdırılır.
www.yenicag.az