!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada Heydər Əliyevlə bağlı esse müsabiqəsi keçirildi – Aqil Ələsgər çıxış edib

!Reklam – Yazi

????????????????????????????????????

Moskvada Azərbaycanın Dövlət Müstəqillik Gününə həsr olunan “Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının yenidən qurulmasında rolu” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya Nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondu tərəfindən təşkil olunan tədbirdə ilk öncə qaliblər müəyyənləşdi. Qonaqları salamlayan və ulu öndər Heydər Əliyev haqqında məlumat verən Azərbaycan təmaüllü məktəbin metodisti Elmira Süleymanova və ASGA-nın Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danışdılar. Toğrul Allahverdili çıxışında qeyd etdi ki, “Bizim məqsədimiz Heydər Əliyev irsini və Ulu Öndərin Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini rusiyalı gənçlərə  və burada təhsil alan azərbaycanlılara aşılamaq və iki xalq arasındakı dostluğa öz töhfəmizi verməkdir”.

12166990_10206719992671197_1634099311_nDaha sonra qalibləri səhnəyə dəvət edildi.

Beləliklə, 3-çü yerə tələbə Dimitriy Kruqlıx, 2-çi yerə Azərbaycan təmaüllü məktəbin tələbəsi İrina Xarkova, qalib isə Azərbaycan Konqresinin istira şəhər nümayəndəsi Ramil Əliyev oldu.

12167121_10206719994191235_2066182187_n
Tədbir çıxışlarla davam etdirildi. Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun sədri Şamil Tağıyev, “Yeni Çağ” informasiya portalının rəhbəri Aqil Ələsgər çıxış edərək tədbirin əhəmiyyətini və Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğuladılar.

12166612_10206719993711223_1538636337_n
Azərbaycan səfirliynin müşaviri Arif Babayev, keçmiş Azərbaycan SSRİ-nin daxili işlər nazirinin müavini Vladislav Şevçov çıxışlarında Heydər Əliyevin bir rəhbər kimi keyfiyyətlərini bildirdilər. Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etdiklərinin əvəzsizliklərini bildirdilər.

Heydər Əliyevin şəxsi mühafizəçisi olmuş Viktor Nemuşkin isə Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşdü. Ulu öndərin gün ərzində 12-14 saat işləməyini vurğulayan Viktor Namuşkin sözlərinə belə davam etdi: “Heydər Əliyev istirahətin nə olduğunu bilmirdi, onu, həmişə, öz işyerində görmək mümkün idi. O dahi insanla işləmək, onun təçrübəsindən bəhrələnmək mənə qismət oldu. Azərbaycan və Rusiya dövlətləri arasında gözəl münasibətlərin quruçusu olan Heydər Əliyevlə bir yerdə işləməyimdən mən fəxr edirəm”.

Tədbir Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Qorxmaz Axundovun Heydər Əliyevin sevimli mahnılarından olan “Küçələrə su səpmişəm” musiqisinin ifası ilə davam etdirildi. Azərbaycan təmaüllü, Kərim Kərimov adna məktəbin şagirdləri isə ulu öndər haqqında yazılmış şerləri səsləndirməklə sevindirdilər.

Tədbir  “Azərbaycan” mahnısı ilə sona yetdi.

12170573_10206719993191210_1413460021_n12167121_10206719994191235_2066182187_n12166036_10206719991631171_312928907_n12170689_10206719995231261_387771017_n12077455_10206719992111183_28705650_n

d

5

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv