Moskvada Paşinyana qarşı ETİRAZLAR – Kreml İrəvana bunu da ETDİ...

media-hightechnic-468x90

“Sadəcə olaraq bu kursla razılaşmayan qüvvələr var. Hansı ki, həmin qüvvələr məhz əvvəlki çirkin siyasətin davamçılarıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təşkil olunan etiraz aksiyalarında ona qarşı “xain”, “düşmən” ifadələrinin işlədilməsinin İrəvanın siyasətinə təsirindən danışıb.

Politoloq bildirib ki, Ermənistanda kilsə hər zaman ictimai və siyasi proseslərə ciddi təsir göstərib:

“Lakin son illər, xüsusilə Paşinyanın hakimiyyətə gəlməsi və Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunmasından sonra onun həm qonşularla, xüsusilə də Azərbaycanla münasibətlərdə sülh yönümlü siyasi kursu kilsənin narazılığına səbəb olub. Onu millətə xəyanətdə ittiham edir və uzunmüddətli etiraz aksiyaları təşkil edir”.

Onun fikrincə, görünən odur ki, Paşinyanın Ermənistanda hələ də ictimai dayağı var:

“Hətta müharibədə uduzmasına baxmayaraq keçirdiyi seçkidə yenidən qalib gəldi. Bu, kilsənin ona ciddi təzyiq etmək imkanlarının məhdud olduğunu göstərir. Hazırda Moskvada keçirilən etiraz aksiyaları daha çox simvolik təzyiq xarakteri daşıyır. Paşinyan hakimiyyətinə elə ciddi təsir edə və onu devirmək gücündə deyil. Əlinə fürsət düşən Ermənistan müxalifəti də vəziyyətdən istifadə etməyə çalışır. Uzun müddətdir müxalifət Paşinyanı milli dəyərlərə xəyanətdə ittiham edir. Xaricdə, xüsusilə də Moskvada keçirilən belə aksiyalar onların əlinə əlavə təbliğat vasitəsi verir. Onlar bundan maksimum istifadə edəcəklər”.

“Paşinyan Qərbə inteqrasiyanı özünə siyasi xətt olaraq seçib. Bu istiqamətdə də addımlar atmaqda davam edir. Onun Ermənistanın xarici siyasətindəki yeni siyasi kursu uzun illərdir bataqlıqdan çıxmağa, qonşularla düşmən münasibətlərinin, daxili siyasi böhranların qarşısını almağa yönəlmiş cəhddir. Sadəcə olaraq bu kursla razılaşmayan qüvvələr var. Hansı ki, həmin qüvvələr məhz əvvəlki çirkin siyasətin davamçılarıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa