Motosiklet su quyusuna düşdü

media-hightechnic-468x90

images (30)Gəncə şəhərində bədbəxt hadisə baş verib.

“112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov motosikleti idarə edərkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb. Quyuya baxış keçirilərkən məlum olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:35-də başa çatıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa