!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövlam Şıxəliyevin əmlak davası nə ilə nəticələnəcək?

!Reklam – Yazi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev müsadirə olunmuş əmlaklarını geri qaytarmağa çalışır. 

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verərək bəraət tələb edən M.Şıxəliyev paralel olaraq əmlaklarını geri qaytarmaq üçün hüquqi addımlar atmağa başlayıb.

Məlumata görə, Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyeva və oğlu Elgün Şıxəliyev məhkəməyə müraciət edərək, adlarına olan əmlaklarının geri qaytarılmasını tələb edirlər. Təkcə Elgün Şıxəliyevin tələb etdiyi əmlak 704 985 manat olaraq dəyərləndirilib. Aybəniz Şıxəliyevanın tələb etdiyi əmlakların ümumi maliyyə dəyəri isə milyon manatlarla ölçülür. Onların hər ikisinin iddiasına görə, bu əmlaklar qohumları tərəfindən bağışlanıb.

Lakin Şıxəliyevlərin iddiasının təmin olunacağı inandırıcı görünmür. Çünki Mövlam Şıxəliyev və tabeliyində olan şəxslərin cinayət işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin ilk iclasında məlum olub ki, M.Şıxəliyevin işçiləri ona qarşı çıxıblar. Digər tərəfdən, prosesə keçmiş MTN rəhbəri Eldar Mahmudovun yaxın adamı kimi tanınan və hazırda axtarışda olan, “Akula Akif” kimi tanınan Akif Mustafayev də qoşulub. Onun vəkili ötən iclasda iştirak edib. Ehtimal olunur ki, növbəti iclaslarda “Akula Akif”in vəkili ilginc açıqlamalarla çıxış edə bilər. Bu isə Mövlam Şıxəliyevin vəziyyətini daha da ağırlaşdıra bilər.

Başqa bir tərəfdən, 36 zərərçəkən Mövlam Şıxəliyevdən onlara dəymiş zərərin ödənilməsini israrla tələb edir. Dəymiş zərərin ümumi maliyyə dəyəri isə 20 milyon manatdan artıqdır.

Rüşvət almaqda, hədə-qorxu yolu ilə başqalarının əmlakını ələ keçirməkdə ittiham olunan Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Onun general-mayor rütbəsi də alınıb./Qaynarinfo/

www.yenicag.az

1826
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv