Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytı haker hücumuna məruz qalıb.
Yenicag.az xəbər verir ki, bunu MSK sədri Ella Panfilova açıqlayıb. Lakin o, haker hücumlarının hansı ölkədən olduğu barədə məlumat verməyib:
“Məsələni daha da dərinləşdirmək istəmirəm, hansı ölkədən gəldiyini də deməyəcəm. Bunun öhdəsindən gələcəyik”.
Rusiya mətbuatının yaydığı məlumata görə isə, haker hücumunun mənbəyi 15 ölkədən qaynaqlanır.
Sonda onu da bildirək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir.
www.yenicag.az