MTK işçisi cərimələndi - 8800 manat

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti Kooperativ şirkətinin işçisi Samir Hacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800 manat məbləğində cərimə tətbiq edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600