MTRŞ cinayətkarları polisə verdi

media-hightechnic-468x90

b277364f852c4ecbda0ff54053a10948Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.

MTRŞ-dan verilən məlumata görə, Sumqayıtda xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.

Məlumatda deyilir ki, Bakıda, əsasən də yeni tikililərdə xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir.

Bununla əlaqədar olaraq xüsusi razılıq (lisenziya) olmadan kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Milli Televiziya və Radio Şurasına (qaynar xətt: 012-498-18-82) məlumat verilməsi xahiş olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600