Müalicədən qayıdan azərbaycanlı sərhəddə öldü

media-hightechnic-468x90

91184Müalicə məqsədilə İrana gedən Azərbaycan vətəndaşı geri qayıdan zaman sərhəddə dünyasını dəyişib.

Bu gün səhər saatlarında Biləsuvar sərhəd buraxılış məntəqəsində ölüm hadisəsi baş verib. Qarşı tərəfdən sərhədi keçən 56 yaşlı Goranboy rayon sakini Əhmədov Fərhad Oruc oğlunun qəfildən səhhəti pisləşib. O, sərhəd buraxılış məntəqəsinin Azərbaycan tərəfində dünyasını dəyişib.

Məlumata görə, Fərhad Əhmədov İrandan müalicədən qayıdırmış. Mərhumun meyiti təcili tibbi yardım avtomobili ilə Məhkəmə tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə aparılıb. Şöbənin rəisi Əli Əliyevin verdiyi məlumata görə, ekpertizanın ilkin rəyinə görə Fərhad Əhmədov infaktdan dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600