Müavindən Razi Nurullayev açıqlaması

media-hightechnic-468x90

90173AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib.

Yenicag.az qafqazinfo-ya  istinadən xəbər verir ki, F. Qəhrəmanlı R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini belə açıqlayıb:

“Razi bəy AXCP-nin müxalif siyasi kursuna uyğun gəlməyən, bir çox hallarda hakimiyyətin siyasi maraqlarına xidmət edən fəaliyyətinə görə sədr müavinliyindən kənarlaşdırılıb”.

F. Qəhrəmanlı R. Nurullayevin bir neçə ay öncə hakimiyyətin QHT sektoru ilə bağlı siyasətini təqdir edən hesabat yaydığını, R. Nurullayevin digər funksionerlər kimi kəskin çıxışlar etmədiyini, hətta bir çox hallarda bu tənqidlərin əleyhinə olduğunu gizlətmədiyini də qeyd edib.

Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimli Razi Nurullayevi müavin vəzifəsindən azad edib. R. Nurullayev isə bəyanat yayaraq partiyadan istefa verdiyini qeyd edib. O, bəyanatında Ə. Kərimlinin partiyada avtoritar idarəçilik qurduğunu, cəbhəçilərin inamından sui-istifadə edib, onları istismar etdiyini də vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600