Mübariz Qurbanlı Göyçayda vətəndaşları qəbul edib

media-hightechnic-468x90

samir8Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Göyçay rayonunda bölgə vətəndaşlarını qəbul edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar, Ağdaş, Mingəçevir və Yevlaxdan olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması və dövlət qeydiyyatına alınması ilə bağlı olub. Komitə sədri hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600