Mübariz Qurbanlı İtaliyadadır

media-hightechnic-468x90

AL5A9538Dekabrın 9-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.

Azərbaycan – İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə 10 dekabr tarixində Roma şəhərində Azərbaycan Respublikasının Milli Məclisi və İtaliya Senatı tərəfindən “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçiriləcək. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan, İtaliya, Papa Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də Elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600