Mübariz Qurbanlı səfirlə görüşdü
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında dini, mədəni və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda T. Şaraşenidze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.