!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllim-şagird gərginliyi: "Valideyn evdə övladına necə tərbiyə verirsə,.."

!Reklam – Yazi

“Təhsildə olan problemləri Təhsil Nazirliyinin, direktorun, müəllimin üstünə atmaqla həll etmək olmaz”.

Bu sözləri son günlər müəllim-şagird münasibətlərində yaşanan gərginliyin cəmiyyətdə geniş müzakirələrinə münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, orta təhsil müəssisələrində müəllim şagirdin səhvini başa salmalıdır:

“Valideynlərimizin müəllimlərimizə “əti sənin, sümüyü mənim”, uşaqlara isə “məktəbdə sənin atan da, anan da müəllimindir” deyilən bir dövrdə böyümüşük.

Düşünmürəm ki, pis təlim və tərbiyə görmüşük. Əksinə müəllimlərimiz bizə valideyn qayğısı göstərib, biz də müəllimlərimizə valideynlərimizə göstərdiyimiz hörmətin eynisini etmişik. Səhv hərəkətimiz olanda başa salıblar, təkrar eyni səhvi etdikdə vurduqları da olub. Bu “vurmaq” etdiyimiz səhvi dərk etməyimizə səbəb olub. İndi bizə ağır gələn nədir?! Hər fürsətdə müəllimi günahkar bilib, daha sonra ondan nə tələb edə bilərik?! Valideyn evdə övladına necə tərbiyə verirsə, şagird məktəbdə eyni tərbiyəni göstərir. Nə qədər etiraf edilməsə də, evdə təhlükəli hərəkət və ya nadinclik edəndə valideynlər də övladlarını vura bilir. Diqqət etsəniz, döyə bilir demirəm, halbuki döyənlər də az deyil.

Təhsildə olan problemləri Təhsil Nazirliyinin, direktorun, müəllimin üstünə atmaqla həll etmək olmaz.Valideyn olaraq övladımızın qayğısına qalıb həm problemləri ilə, həm də təhsili ilə maraqlanmalıyıq”.

Gülşən Şərif

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv