Müəllimlər üçün 6 ulduzlu otel-Nabranda
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclər və müəllimlərlə mütəmadi olaraq iş aparır. Yenicag.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib ki, ali məktəblərdə təhsil alan, ailə, sosial vəziyyəti çərin olan 100-dən artıq gəncin, tələbənin təhsil haqqının 50-70%-i konfederasiya tərəfindən ödənilir. Onun sözlərinə görə, sosial cəhətdən yaxşı təmin olunmamış ailələrin bəzi uşaqlarına, 250-dən artıq tələbəyə isə ittifaq tərəfindən pulsuz yemək verilir.
S.Mehbalıyev qeyd edib ki, konfederasiya tərəfindən müəllimlərin sosial vəziyyətinin yaxşılaşması, istirahətinin təşkili istiqamətində də addımlar atılır: “Qısa müddətdə Nabranda müəllimlər üçün 288 yerlik istirahət mərkəzi tikilib. Burada bütün ekoloji qaydalara riayət olunub, 5-6 ulduzlu otel səviyyəsindədir. Konfederasiya çalışır ki, hər zaman gənclərin, müəllimlərin yay istirahətini yüksək səviyyədə təşkil etsin. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək”.