!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktor müavininin məktəbin mühafizəçisini öldürməsi məsələsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxs məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmayıb.

“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, – deyə Agentliyin direktoru bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv