Alman rəssam Boris Eldaqsen gözlənilməz addım atıb.
Yenicag.az xəbər verir ki, o, öz süni intellekt tərəfindən çəkilən əsəri mesabiqəyə təqdim edib. Və onun təqdim etdiyi rəsm əsəri “Sony” mükafatlarında birinci yerə layiq görülüb. Lakin söz verilən məbləğ B. Eldaqsenə ödənilməyib.
Çünki şəklin öz əl əməyi olmadığı, süni intellekt tərəfindən çəkildiyi aşkarlanıb. Münsiflər heyəti bildirib ki, bu, qanunsuzdur.
Boris isə öz açıqlamasında bildirib ki, o sadəcə yarışı test etmək istəyib, ona görə də bu addımı atıb. Hətta o qeyd edib ki, bu mükafata layiq olmadığının özü də fərqindədir.
Qeyd edək ki, əhali də təqdim edilən əsərin texnologiya işi olduğunu anlamayıb. Hər kəs əsərin əl işi olduğuna inanıb.
www.yenicag.az