“Müsavat”da istefaların ardı-arası kəsilmir

media-hightechnic-468x90

4ae6584f66c9be19fd28e9435873e997Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli Müsavat Partiyasının sıralarından istefa verib.

B. Əzizli  Vurğun Əyyubun partiyadan xaric olunmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyib: “Vurğun Əyyubun qurultaydan sonrakı bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm”.

Qeyd edək ki, B. Əzizli vaxtilə Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri olub.

apa.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600