Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mustafa Şəntop: "Azərbaycan, Pakistan və Türkiyənin birgə hərəkət edəcəyi çox sahə var" - VİDEO

Reklam: High Technic

“Türkiyə, Pakistan və Azərbaycanın islamafobiya ilə bağlı həssasiyyətləri var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Haber Global”ın canlı yayım qonağı olan Türiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop səsləndirib.

TBMM sədri Azərbaycan, Pakistan və Türkiyə arasında yüksək səviyyəli münasibətlərin olduğunu vurğulayıb:

“Ölkələr arasındakı münasibətlər, əsasən, dövlətlər arasında olur. Ancaq Azərbaycan, Pakistan və Türkiyə üçün belə deyil. Münasibətlərimiz yüksəksəviyyəlidir. Xarici işlər nazirləri səviyyəsində münasibətlər davam edir, amma biz bunu daha da inkişaf etdirdik. Ortaq hərəkət edəcəyimiz bir çox sahə var”.

Şəntop hər üç ölkənin islamafobiyaya qarşı birlikdə mübarizəaparacağını vurğulayıb:

“Türkiyə, Pakistan və Azərbaycanın islamafobiya ilə bağlı həssasiyyətləri var. Bu mövzuda da birlikdə müzakirə aparacağıq”.

Mustafa Şəntop erməni diasporunun dünya ictimaiyyətinə yalan mlumatlar verdiyini deyib:

“Dünyada erməni diasporu tərəfindən yalan təbliğatı aparılır. İşğaldan azad edilmiş ərazilərdəki dağıntıları görmək belə bunun bphtan olduğunu sübut edir. Şəhərlərdə daş üstündə daş qoymayıblar. Bu ziyarətlərlə diqqətləri bura çəkəcəyimizi düşünürəm”.

www.yenicag.az

270
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100