Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müxalifətin hakimiyyət çevrilişi planı yayıldı – Gizli səs yazısı o ölkəni qarışdırdı

1409518934_img20140831235754Qırğızıstanda parlamentə düşə bilməyən müxalif qruplara aid səs yazısı yayıldı. Qırğız dövlət televiziyasının yaydığı səs yazısında Özbəkistanla sərhəddəki gərginlikdən istifadə edilərək, iqtidarı devirmə planlarından bəhs edilir.  

Yenicag.az xəbər verir ki, səs yazısının keçmiş baş prokuror Azimbek Beknazarov, iqtidar partiyasından xaric edilən sabiq millət vəkili Kubanıçbek Kadırov və Cəlalabad bölgəsinin köhnə valisi Bektur Asanova aid olduğu iddia edilib.

Həmin şəxslər isə sosial mediada açıqlama verərək, səs yazısının saxta olduğunu iddia etdilər.

Səs yazısnda iqtidarı yıxmaq üçün müxtəlif planlar müzakirə edilir. Planlar içərisində Qırğızıstan-Özbəkistan sərhədində baş verən gərginlikdən istifadə edərək, xalqı ölkənin cənubuna toplayaraq, oradan paytaxta yürümək də var.

Səs yazısında 24 martda Oş şəhərində mitinq keçirmək planı da müzakirə edilib.

Qırğızıstanın baş naziri Temir Sarıyev isə iki ölkə arasında sərhəd problemini əsas gətirərək, mitinq keçirməyin xainlik olduğunu bildirib.

Yenicag.az

www.yenicag.az

335