Namizədlərin təşviqat kampaniyası başa çatıb

media-hightechnic-468x90

76ff1a53-bf7f-4bd1-979a-464d448a31e7_292Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təşviqat kampaniyası üçün ayrılmış vaxt başa çatıb.

Noyabrın 30-da başlamış təşviqat kampaniyası 22 gün davam edib.
Kampaniya üçün ayrılmış vaxt bu gün səhər 08:00-da başa çatıb.

Təşviqat kampaniyasını qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları aparmaq hüququna malik idilər.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bu seçkilərdə bələdiyyə üzvlüyünə 37 079 namizəd, seçkiləri izləmək üçün isə 50 mindən artıq yerli seçki müşahidəçisi qeydə alınıb. MSK-nın qərarına əsasən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq(report.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600