Macarıstan əsilli ABŞ-lı milyarder, narıncı inqilabların memarı Corc Sorosun Ağ Ev tərəfindən terrorçu elan edilməsi üçün imza kampaniyasına start verilib.
Yenicag.az xəbər verir ki, Ağ Evin imza kampaniyası səhifəsində özünü E.B. kimi təqdim edən bir şəxs tərəfindən avqustun 20-də startı verilən Soros kampaniyası üçün artıq 75 mindən çox imza toplanıb. Amerikalı maliyyəçi sözügedən şəxs tərəfindən “ABŞ-ın və onun xalqının sabitliyini şüurlu şəkildə pozmaqda və antiamerika siyasəti aparmaqda” ittiham olunur.
İmza kampaniyasının mətnində o da qeyd olunur ki, Soros öz çirkin məqsədlərinə nail olmaq, ABŞ rəhbərliyini yox etmək üçün terror taksikasını həyata keçirən bir neçə qurum yaradıb.
İmza sayı sentyabrın 19-na qədər 100 mini aşacağı təqdirdə Ağ Evin bu çağırışa rəsmi cavab verməsi lazım gələcək.
Digər tərəfdən ABŞ-ın indiki prezidenti Donald Tramp yanvar ayının sonunda vəzifəsinin icrasına başlayandan bəri Ağ Ev bu tipli xeyli imza kampaniyasını cavabsız buraxıb.