Gömrükçülər İraqdan Küveytə uçub gələn göyərçini ələ keçiriblər.
Yenicag.Az-ın “Trend”ə istinadən verdiyi məlumatına görə, göyərçin narkotik vasitələrin daşınması məqsədilə istifadə olunurmuş.
“Ər-Ray” qəzeti yazır ki, Küveyt gömrük xidmətinin əməkdaşları göyərçinin üstünə bərkidilmiş, içində narkotik tərkibli 178 həb olan kiçik torba aşkar ediblər.
Yenicag.Az