NASA, Mars üçün nəzərdə tutulmuş yeni roveri (Mars planeti üçün nəqliyyat vasitəsi) təqdim edib.
Yenicag.az “Technote.az”a istinadən xəbər verir ki, sözügedən yeni rover həm nəqliyyat vasitəsi, həmdə laboratoriya qismində çıxış edir. Yeni rover, NASA mütəxəssislər və “Parker Brothers Concepts” şirkətinin əməkdaşları ilə birlikdə hazırlanıb. Bu şirkət, fantastik janrlı filmlərdə olan ideyaların hazırlanması və reallaşdırılması üzrə fəaliyyət göstərir.
Yeni Mars Rover-in uzunluğu 8 metr, hündürlüyü 3.4 metr, enliyi isə 4 metrdir. Onun korpusu yüngül və dözümlü materiallardan hazırlanmışdır. 50 inç-lik ölçüyə sahib 6 ədəd təkər, qatı torpaq səthində hərəkət etmək üçün nəzərdə tutulub. Sözügedən rover, düz yolda saatda 110 km sürətlə hərəkət etməyə qadirdir. Lakin Mars planetində olan münbit şərait sayəsində çətin ki, bu rover saatda 25 km sürəti keçə bilsin. Roverin əsas hissəsində 4 nəfər astronavt yerləşə bilir. Onun ikinci hissəsi isə müxtəlif avadanlıqlarla dolu olub daha yığcamdır.
NASA qeyd edib ki, gələcəkdə Mars planetinə bu roverin tam kopyası göndərilməyəcək. Sözügedən rover yalnız prototip qismində çıxış edir. Lakin gələcəkdə Mars üçün rover istehsalında, təqdim olunmuş bu modelin təməlində iştirak etmiş texnologiyalardan istifadə olunacaq.
Yenicag.az
www.yenicag.az