Natiq Cəfərli: “ABŞ-İran anlaşması Körfəz ölkələrinə baha başa gələ bilər”

media-hightechnic-468x90

“Bəzi dövlətlər müharibənin davam etməsində maraqlıdırlar, çünki mümkün sülh onları oyundan kənar qoyacaq”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Partiya sədri iddia edib ki, mövcud gərginlik danışıqlarla və sülhlə bitərsə, bu, Körfəz ölkələri üçün ciddi iqtisadi itkilər deməkdir:

“Hörmüz boğazındakı hazırkı vəziyyət kifayət qədər spesifikdir. Müharibə bitərsə, İran gəmilərin keçidinə necə icazə verməyəcək? Unutmaq olmaz ki, boğazda Oman sahillərindən keçən və dərinliyi imkan verən alternativ yol da var. Ona görə də hesab edirəm ki, boğazın tamamilə bağlanması məsələsi mediada bir qədər şişirdilib. İranda bununla bağlı müəyyən qanunlar qəbul oluna bilər, lakin hərbi əməliyyatlar dayanan kimi boğaz açılacaq. Gələcəkdə bənzər problemlərin yaşanmaması üçün orada xüsusi bir konsorsiumun yaradılması və tankerlərin, yük gəmilərinin təhlükəsizliyini təmin edən kollektiv yanaşmanın ortaya qoyulması mümkündür.

Körfəz ölkələri bəzi hallarda, paradoksal olsa da, müharibənin davam etməsində maraqlıdırlar. Sadəcə, onların prosesdə birbaşa iştirakı münaqişənin həddindən artıq uzanmasına səbəb ola biləcəyi üçün buna ehtiyac duyulmur.

Digər tərəfdən, həmin ölkələr anlayırlar ki, gec-tez ABŞ-İran anlaşması baş tutarsa, onlar bu prosesdən kənarda qalacaqlar. Məhz buna görə də tərəflər arasında hər hansı razılaşmanın əldə olunmasını istəmirlər. Onlar yaxşı bilirlər ki, ABŞ və İranın ortaq dil tapması onlara çox böyük iqtisadi zərər vuracaq. Məhz bu nöqteyi-nəzərdən, Körfəz ölkələri müharibənin (gərginliyin) davam etməsini gözləyirlər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05