!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“NATO gəmilərinin Qara dənizdə varlığı təhlükəsizliyin təminatı üçün vacibdir”

!Reklam – Yazi

“Martın 20-dən 21-ə keçəndə bahar fəsli həyatımıza girərkən ikinci NATO gəmisi də Qara dənizə girdi. Bizim siyasətçilər bu prosesi nə qədər izləyir, bilmirəm, amma Rusiya Qara Dəniz Donanması Qüvvələri ABŞ Donanmasının raketlə idarə olunan “Thomas Hudner”in hərəkətlərini izləyir. Bundan əvvəl isə “Monterey” raket kreyseri Qara dənizə daxil olmuşdu. Bildirim ki, “Thomas Hudner” 96 ədəd “Tomahawk” qanadlı raket, “Monterey” isə 122 ədəd “Tomahawks” kəsici raket daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

AY Partiya Başqanının fikrincə, diqqətli müşahidəçilər bilir ki, ABŞ 2021-ci ilin əvvəlindən Qara dənizdə aktivliyi artırır. Artıq yanvarın sonunda “Donald Kuk” və “Potter” gəmiləri akvatoriyaya daxil olub: “Görünən odur ki, Rusiya nə qədər öz gücünə güvənsə də, Qərbin hərbi və siyasi manevrlərindən, Krım ətrafında cərəyan edən olaylardan narahat olmaya bilmir.

Dövlət Dumasının üzvü Mixail Şeremetin Alman səlahiyyətlilərin Krımın Rusiya statusunu tanımaqdan imtina etdikləri üçün məyus olduqlarını söyləməsi bu qəbildəndir. Deputat Almaniyanın da əvvəllər iki hissəsinin birləşdiyini presedent göstərərək ümid edir ki, Almaniya Krımlıların 7 il öncəki “demokratik” seçimlərini dəstəkləyəcək.
Xatırladım ki, Almaniya kansleri Angela Merkel bu günlərdə Almaniyanın Ukraynanın ən yaxın tərəfdaşlarından biri olduğunu və Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini söyləmişdi. Kansler Avropa İttifaqının Krımın Rusiya ilə birləşməsinə yekdilliklə və birmənalı reaksiya göstərməsinin vacibliyini də vurğulamışdı.
Bu gün isə hələki Ukraynanın Krım məsələsində əli tarixi və hərbi baxımdan güclü olmasa da, siyasi olaraq güclü görünür”.
Anar Əsədli əlavə edib ki, yeri gəlmişkən, imperiya təxəyyüllü rus siyasilərin heç biri nədənsə Krımın tarixi sahibləri olan və Stalin repressiyasına məruz qalaraq, oradan zorla köçürülən Krım tatarlarından heç söz açmırlar.

“Maraqlı məqamlardan biri isə odur ki, bildiyimiz kimi, Osmanlıdan müharibə ilə qoparılan Krıma Türkiyə Cümhuriyyətinin iddiasını da Prezident Ərdoğan dəfələrlə bəyan edib. Mövcud reallıqda isə Krım 2014-cü ildə hərbi güclə Rusiya tərəfindən işğal olunub. Keçirilən qondarma “referendum”un ardından isə Rusiyanın bir hissəsi elan edilib. Rəsmi Kiev və Qərb ölkələri bu proseduru qanuni saymır, yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinin zorakı xarakterli olduğunu elan edir.

Azərbaycanın Krım məsələsində mövqeyi Avropa İttifaqı və NATO üzvlərinin mövqeyindən fərqli deyil. Düzdür, Azərbaycan həmin ölkələrin hamısından Qarabağla əlaqədar son 30 ildə eyni münasibəti görməyib, ancaq bir dövlət kimi, özünün ərazi bütövlüyünə hörmət və sərhədlərin zor ilə dəyişdirilməsinə qarşı olan mövqeyində qalmaqla tək standartlı xarici siyasətini doğru olaraq inkişaf etdirib. Bu siyasətin bir ucu da Qara dəniz ilə, daha doğrusu Qara dənizə çıxışı olan ölkələr ilə strateji əməkdaşlıq kursudur.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı platformasında pərçimlənən və gerçəkləşdirilən bu siyasətin əsas məqsədi Qara dənizdəki enerji diversifikasiya və yüklərin logistikası yollarının açıq, güvənli olmasının təminidir. Qara dənizin həm üstü ilə, həm də altı ilə olan nəqliyyat xətlərinin hər biri böyük iqtisadi əhəmiyyətə malikdir.
Əgər Gürcüstanda, Rumıniyada, Bolqarıstanda, Ukraynada xərc-mərclik olarsa, nəqliyyat yollarının funksionallığına böyük zərər toxunar. Bundan dolayıdır ki, NATO qüvvələrinin Qara dənizdə olması həmin ölkələrin nəqliyyat və logistika təhlükəsizliyinin təminatıdır. Bu isə Azərbaycana hava-su kimi lazımdır. Xəzər dənizi üzərindən və Cənub-Şimal xətti ilə Azərbaycan üzərindən nəql olunan malların və enerji daşıyıcılarının daha sonra Qara dənizdən keçən hissəsi üçün bu, həyati əhəmiyyət daşıyır. Çünki Qara dənizdə nəqliyyat tıxansa, dayansa, Xəzərdə də bir çox iş dayanacaq.

Digər tərəfdən, Rusiya Krımı ilhaq etdikdən sonra Kerç boğazını tamamilə öz nəzarətinə alıb. Ukraynanın əsas limanları Azov dənizindədir. Azova isə yol Kerç boğazından keçir. Son illər Rusiya müxtəlif problemlər yaradır Ukrayna donanmasına. NATO-nun Qara dənizdə mövcüdiyyəti Rusiyaya Azov ilə əlaqədar bir qulaqburması kimi də başa düşülə bilər. İstənilən halda, Türkiyə donanmasının və NATO-nun yardımcı gəmilərinin Qara dənizdə varlığı sadəcə bu regionda deyil, Xəzər və Aralıq dənizi hövzələrində də təhlükəsizliyin təminatı üçün vacib amildir”, – o qeyd edib.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv