“NATO yeni baş katibi alyansın siyasətini dəyişməyəcək”

media-hightechnic-468x90

Niderlandın keçmiş baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi təyin edilməsi alyansın siyasətini dəyişməyəcək.

Yenicag.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rutte “Moskvaya yaxşı tanışdır”. O, Rusiya prezidenti Vladimir Putin və NATO-nun yeni baş katibinin əvvəllər danışıqlar masası arxasında “bir saat belə” vaxt keçirmədiklərini açıqlayıb.

Bundan əlavə, Kremlin rəsmi nümayəndəsi Ruttenin baş nazir vəzifəsində çalışdığı Niderlandın Rusiya Federasiyasına qarşı barışmaz mövqe tutduğunu bildirib.

Niderlandın istefaya göndərilən baş naziri oktyabrın 1-dən Şimali Atlantika Alyansının rəhbəri vəzifəsini icra edəcək. Rutte Yens Stoltenberqi əvəz edərək Şimali Atlantika Alyansının 14-cü baş katibi olub. İnauqurasiya mərasimi Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600