Muxtar respublika səhiyyəsində aparılan islahatların davamı olaraq, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssislərinin TMİB-in tabeliyinə verilməsi prosesi davam edir. “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri”, “Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi”, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası”, “Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxslərinin “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyinə keçirilməsi üzrə təhvil-təslim prosesləri yekunlaşdırılıb.
Proseslərin davamı olaraq, “Naxçıvan Muxtar Respublika Xəstəxanası”, “Culfa Regional Tibb Mərkəzi”, “Şərur Regional Tibb Mərkəzi”, “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” və “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib.
www.yenicag.az