!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazimdən Türkiyədə villası olan müğənnilərə: “Mən də onlar kimi 15 minə...” - Video

!Reklam – Yazi

Şou əhlinin əksəriyyəti yay tətilini Türkiyədəki şəxsi evində keçirir. Müğənni Nazim Pişyari də İstanbulda istirahət edir. Görəsən onun da digər sənət dostları kimi Türkiyədə evi varmı?

Yenicag.az-a açıqlama verən müğənni dərindən ah çəkərək, sualımızı belə cavablandırıb:

“Mən hələ o bərkgedən müğənnilərdən deyiləm ki, Türkiyədə və digər ölkələrdə evim, villam olsun. Çünki onlara çatmaq üçün hələ zaman lazımdır. Sənət dostlarım toya 10-15 min manata gedirlər, mənsə 5-6 minə. Onların öz prodüserləri var, toylarını da onlar danışır. Deyir, qardaş qiymət budur, çağırırsan çağır, çağırmırsan özün bil. Mənim prodüserim yoxdur, bütün işlərimlə özüm məşğul oluram, toylarımı da özüm danışıram. Amma narazı deyiləm, az olsun, həmişə olsun. Mənim də imkanım onlarınkı kimi olanda Türkiyədə evim də olacaq, villam da”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv