Nazir İspaniyada səfərdədir

media-hightechnic-468x90

47788Mədəniyyət və turizm naziri İspaniyaya gedir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Əbülfəs Qarayev Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir.

Ə.Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti aprelin 14-dən 15-dək İspaniya Krallığının Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Sammitin ilk günü dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında dəyirmi masa formatında görüş keçiriləcək.

Eyni zamanda sammit çərçivəsində cari ilin 18-19 may tarixlərində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMÜTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparmaq məqsədilə nazir Əbülfəs Qarayevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600