“Bu, hər bir ölkənin qarşısında duran çətin, amma qaçılmaz bir vəzifədir”.
Yenicag.az xəbər verir ki, Ukrayna maliyyə nazirinin müavini Aleksandr Kava COP29 sammitində çıxış edərək, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. O, tədbiri atmosferə CO2 emissiyalarının azaldılması və iqtisadiyyatların ekoloji dayanıqlığa keçidinin müzakirəsi üçün mükəmməl bir platforma kimi dəyərləndirib.
“Bu, hər bir ölkənin qarşısında duran çətin, amma qaçılmaz bir vəzifədir. Ukrayna olaraq müharibə şəraitində olmamıza baxmayaraq, gələcəyə ümidlə baxır və ölkəmizin bərpasını ən yaxşı beynəlxalq standartlara uyğun şəkildə həyata keçirməyi planlaşdırırıq”, – deyə o, bildirib.
O, həmçinin tədbirin təşkilatçılığına yüksək qiymət verərək Bakını tərifləyib:
“Bakıya artıq üçüncü dəfədir səfər edirəm və hər dəfə bu şəhərin qonaqpərvərliyi və yüksək səviyyəli təşkilatçılığı məni heyran edir.”
Məsimə Məmmədova
www.yenicag.az