Nazir müəllimlərin işə qəbulu haqda əmr verdi

media-hightechnic-468x90

klkloiTəhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.

Bu barədə  Təhsil Nazirliyin dən məlumat verilib.

Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu” və digər müvafiq sənədlər təsdiq edilib.

Əmrdə insan resursları şöbəsi, ilk peşə və orta ixtisas təhsili şöbəsinin ilk peşə-ixtisas təhsili sektoruna ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etmək və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etmək tapşırılıb.

01-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 01-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil ediləcək.

May ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim ediləcək.

Müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin ediləcək(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600