Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazir prezidentə şikayət yazdı: “Bu qədər maaş alıram, …”

78274Kiprin energetika, kənd təsərrüfatı və turizm Nazirliyinin vəzifəli şəxsi Marios Drouşitos ölkə prezidenti Nikos Anastasiadisə şikayət məktubu yazaraq heç bir iş görmədiyi halda yüksək maaş almasından narazılıq edib.

Bu maraqlı presedent barədə “France Press” agentliyi məlumat yayıb.

Məmur yazıb ki, o, nazirlikdə 2015-ci ilin fevralından işləyir və indiyə qədər rəhbərliyin bir dənə də olsun tapşırığını yerinə yetirməyib, bir dənə d olsun sənəd onun masasından keçməyib. Drouşitos bildirib ki, heç bir iş görmədiyi halda ayda 5 min avro maaş alıb. “Mən bu səviyyədə məmurun yüksək maaş aldığı halda heç bir iş görməməsini yolverilməz hesab edirəm”-məmur yazıb. “Hesab edirəm ki, dövlət məndən evdə oturmağı xahiş etsə və maaşımı hesabıma köçürsə qənaət edərdi, çünki bu halda mənim ofisimdə elektrik və istilik pulu ödəmək lazım gəlməzdi”- Drouşitos əlavə edib.

Prezidentin dəftərxanası hələlik məmurun şikayətinə cavab verməyib. Onun işlədiyi nazirlik isə bildirib ki, Drouşitosun vəzifəsi nazirlik üçün çox mühümdür və həmin vəzifəni ləğv edə bilməzlər.(virtualaz)

www.yenicag.az

362