Nazir Rumıniya prezidenti ilə görüşüb-Foto

media-hightechnic-468x90

72658Elmar Məmmədyarov sentyabrın 15-16-da Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Trayan Basesku ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Rumıniya dövlət başçısına çatdırıb.

Trayan Basesku salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa