Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15 iyun Qurtuluş günü ərəfəsində fəxri ad alan bir qrup mədəniyyət işçisi ilə görüş keçirilib.
Yenicag.az xəbər verir ki, nazir Əbülfəs Qarayev öncə çıxış edərək, namizədlərin Azərbaycan incəsənətinə verdiyi töhfələri xatırlatdı Sonra Prezidentin sərəncamı ilə “Əməkdar artist”, “Fəxri mədəniyyət işçisi” və “Əməkdar mədəniyyət işçisi” adına layiq görülən sənət adamlarına mükafatlar təqdim olundu.
Əvvəlcə tanınmış yazıçı Afaq Məsud “Şöhrət ordeni” ilə təltif olundu.
Mükafatlandırılanlar sırasında aktyor Anar Heybətov, dirijor Əyyub Quliyev (Əməkdar artist), Oqtay Hüseynov, Məhəmməd Paşayev, Sakit Bağırov, Cəmilə Bayramova, Solmaz Amanova (Əməkdar mədəniyyət işçisi) və başqaları var.
Cəvahir
www.yenicag.az