Nazir yeni rəis təyin etdi

media-hightechnic-468x90

????????????????????????????????????

Daxili işlər naziri Ramil Usubov İmişli rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

R.Usubovun əmri ilə bu vəzifəyə Ayaz Cəfərov gətirilib.

Məlumat üçün bildirək ki, A.Cəfərov İmişli rayonunun Polis Şöbəsinə rəis təyin olunmamışdan əvvəl Yevlax rayon Polis Şöbəsinin rəisinin əməliyyat üzrə müavini vəzifəsində çalışıb.

Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi və sözügedən polis şöbələri ilə əlaqə saxladıq. Lakin nə təsdiq, nə də təkzib edən olmadı.

Qeyd edək ki, dünən R.Usubovun kadr dəyişiklikləri etməsi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyev işdən çıxarılıb. Onun yerinə isə İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümov təyin edilib(Aznews).

media-ziraat-728x90

Nazir yeni rəis təyin etdi

media-hightechnic-468x90

1376216614-392Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin 19 dekabr 2014-cü il tarixli əmri ilə Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Sultanov Zakir İmran oğlu tutduğu vəzifədən azad edilərək həmin tarixdən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib(azvision.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600