Nazirlik müəllimlə bağlı açıqlama edib

media-hightechnic-468x90

79564 (1)Türkiyənin baş naziri Əhməd Davudoğlunun qızının qiymətini kəsən müəllim işdən qovulub. Bu barədə idda mətbuatda yayılıb.

Yerli qəzetlərin yazdığına görə, baş nazirin qızı dərsdən aşağı qiymət alıb. Bunun cavabını isə müəllim verməli olub. İddiaya görə, Davutoğlunun 9-cu sinifdə oxuyan qızı Həcər riyaziyyat dərsidən yoxlama zamanı aşağı qiymət alıb. Xüsusi müəllimlə də məşğul olan Həcər yoxlama kağızına baxmq istəyib. Lakin müəllim Murad Özer bunun mümkün olmadığını deyib. Bundan sonra direktorun otağında toplantı keçirilib. Qeyd edilən dərsdən aşağı qiymət verən müəllim nazir qızının sinfindəki dərsdən çıxarılıb. M. Özerin yerinə isə başqa bir riyaziyyatçı həmkarı təyin edilib.

Yayılan xəbərdən sonra nazirlik açıqlama yayıb və bu xəbərin heç bir əsası olmadığını elan edib. ”Bu xəbər yalan və iftiradır. Bununla bağlı lazımi hüquqi işlər aparılacaq. Hər şeyin izah edilməsinə baxmayaraq yalan xəbər yayılması jurnalistika əxlaqına, insan haqqlarına ziddir.

Hörmətli nazir və ailə üzvləri heç zaman tutduqları mövqe ilə bağlı olaraq xüsusi bir səlahiyyət tələb etməyiblər. Buna illərdir hamı şahiddir.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600