2020-ci ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 65 dollar, 2021-ci ildə isə 68 dollar təşkil edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Qurumun hesabatına əsasən bu, 2019-cu illə (64 dollar/barel) müqayisədə yüksəkdir.
EIA WTI markalı neftin isə bu il və növbəti il “Brent” markalı neftdən, təxminən, 5,50 dollar/barel aşağı olacağını proqnozlaşdırır. Proqnoza görə, 2020-ci ildə bu markalı neftin orta qiyməti 2019-cu illə müqayisədə 2 dollar artaraq 59 dollar/barel, 2021-ci ildə isə 62 dollar/barel olacaq.
www.yenicag.az