“Neft əvəzinə qan – bu, ABŞ-ın xarici siyasət strategiyasıdır”
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin müsahibəsini təqdim edirik:
-Hal-Hazırda ABŞ dünyada güc mərkəzi rolunda çıxış edir. ABŞ dünyadakı nüfuzu nədən qaynaqlanır?
-ABŞ əsas gücü və nüfuzu dünyaya ixrac etdiyi kağız dollardadır. ABŞ bu nüfuzunu, maraqlarını təmin etmək üçün regionlara əvvəl dolları, siyasəti və idealogiyası (demokratiyası), daha sonra isə ABŞ hərbi maşını ilə girir. Onun xalqlara bəxş etdiyi səadəti Əfqanıstan, İraq, Livan, Misir, Suriya və bu kimi Orta Şərq ölkələrində gördük. Neft əvəzinə qan. Bu ölkənin xarici siyasəti bu iki amil üzərində qurulub.
– Sizcə ABŞ-ın dünyada demokratik dəyərlərə üstünlük vermirmi?
-İdealoji quruluşu nə olursa olsun, istər sosializm, istər kapitalizm, istərsə də manarxiya, bu xüsusiyyətindən asılı olmayaraq hansı dövlətdə ki, qanunun aliliyi var, deməli orada demokratiya da var. Yəni, demokratiyanı qanunu aliliyində axtarmaq lazımdır. ABŞ isə həmişə iqtisadi maraqlarını demokratiyadan üstün tutur, bu da onun nüfuzunu get-gedə itirməsinə gətirib çıxarır. Hər hansı demokratik dövlətdə Amerkanın iqtisadi marağı təmin edilməsə o zaman ABŞ rəsmiləri və ya qeyri rəsmiləri (QHT) həmin dövlətləri anti-demokratik elan edib, orada demokratiya yox deyirlər. Yəni, ABŞ-ın demokratiya axtarışının səbəbi xalqlara xoşbəxtlik gətirmək deyil.
-ABŞ-in əsas gücü dollardadır deyirsiniz. Hazırda həqiqətən ABŞ dolları dünyanın aparıcı valyutası olaraq qalır. Bunun arxasında nə dayanır?
Bu sualınıza bir qədər geniş cavab vermək istəyirəm. Bəli, dediyiniz kimi hal-hazırda ABŞ doları dünyanın aparıcı valyutasıdır. İqtisadi nəzəriyyəyə görə hər bir dövlətin valyutasının (dövriyyədə olan pulunun) dəyəri qədər qızılı və ya istehsalı olmalıdır. ABŞ dövlətində isə belə deyil. Gəlin, məsələyə nəzəri cəhətdən baxaq, dünyada dövriyyədə olan ABŞ dollarının dəyəri qədər qızıl ehtiyatı varmı, təbii ki, yox. Deməli, ABŞ dolları öz gücünü real iqtisadi potensialından yox, ölkənin beynəlxalq nüfuzundan alır. O nüfuz isə tükənir.
Məhz bu səbəbdəndir ki, zaman-zaman dolların dəyərini itirdiyini görürük. Mütəxəsislərin fikirincə təxminən son 30 ildir ki, ABŞ dolları dəyərdən düşmə prosesi gedir və düşməkdə də davam edəcək. Dolların dəyərdən düşməsi ABŞ-ın mövcud beynəlxalq nüfuzunun da itirilməsinə və bir dövlət kimi məhvinə gətirib çıxara bilər. Odur ki, dolların kursu onun milli təhlükəsizliyi ilə bağlı məsələ hesab olunur. ABŞ-ın beyin mərkəzləri (analtikləri) bir neçə dəfə cəhd ediblər ki, dolların nüfuzunu (gücünü) özünə qaytarsınlar, bütün cəhdlər boşa çıxıb. Əgər ABŞ dövləti dolların dünya valiyutası olaraq nüfuzunu (gücünü) qaytara bilməsə, onda bir dövlət kimi yaxın 50 ilə dağıla bilər. Bu prosesin qarşısını almaq üçün rəsmi Vaşinqton, nəyin bahasına olur-olsun, dünyanın neft-qaz yataqlarını öz nəzarətinə keçirməyə çalışır. Dollara əsas zərbəni isə Avropa Birliyinin valyutasına çevrilmiş avro vurdu və vuracaq. Təsadüfi deyil ki, bu gün dünyada ticarətin (neft-qaz, silah və.s ) əsas ödəniş hissəsi qızıl və avro ilə aparılır.
ABŞ strateqləri bu mütləq çoküşün qarşısını qalmaq üçün müxtəlif yollar düşünürlər. Əvvəla, bayaq da qeyd etdiyim kimi neft-qaz yataqlarını öz nəzarətinə keçirmək haqqında fikirləşirlər ki, bu proses təxminən 20 il əvvəl başlayıb. İkincisi yol Avropa Birliyinin yaranmasına mane olmaq və qarşısını almaqdır. Bir digər yol isə Avropa Birliyinin valyutası olan avronu dəyərdən salmaqdır.
Bu prosesi sürətləndirmək üçün ərəb inqlablarına təkan verdilər. Suriya hadisələrində qarşılaşdıqları dirəniş sözügedən prosesi ləngitsə də proqramın icrası bu gün də davam edir. Ukraynada baş verən hadisələr də həmin layihənin tərkib hissəsidir.
-Axı Ukraynada böyük həcimdə neft-qaz yataqları yoxdur. Orada yaşananları Yaxın Şərqdəki hadisələrlə necə əlaqələndirirsiniz?
-Neft olmasa da Ukraynanın şərq hissəsində qismən də olsa qaz istehsal olunur. Bu gün Ukraynada baş verən hadisələri şərh edərkən yaxın keçmişə nəzər salaq. Ukraynada narıncı inqlabın dalğasıyla Yuşenko-Timaşenko hakimiyyətə gəlmişdilər. Həmin dövrlərdə hakimiyyətdə olan Yuşenko-Timaşenko hökuməti ABŞ maraqlarına uyğun siyasət yeridə bilmədi. Bu səbəbdən də Qərb onların arxasından geri çəkiləsi oldu. Nəticədə Yankoviç hakimiyətə gəldi. Daha doğrusu bu prosesdə Qərb Yankoviçə mane olmadı. Buradan bir sual doğur; görəsən, ABŞ Yuşenko-Timaşenko hakimiyyətindən nə istəyirdi? Hadisələr göstərir ki, ABŞ-in məqsədi Ukraynanın inkişafi, demokratikləşməsi deyil. O, sadəcə Rusiyanın ətrafında qaynar ocaqlar (münaqişələr) yaratmağa çalışır. Yuşenko-Timaşenko hakimiyyətindən niyyətlərini əldə edə bilməyən Qərb növbəti seçkidə geri çəkildi və nəticədə Yankoviç hakimiyyəti ələ ala bildi.
Digər tərəfdən Ukrayna münaqişəsi ABŞ-ın iqtisadi maraqlarına da uyğundur, ordakı gərginlik nə qədər uzansa ABŞ-a bir o qədər sərf edəcək. Sual doğur niyə? Ona görə ki, Rusiyaya qoyulan sərmayənin 70 % Avropanın kapitalıdır. Bu kapital Rusiya iqtisadiyatını dirçəldir, bu da ABŞ maraqlarına uyğun deyil.
ABŞ-ın bir başqa arzusu Avropa-Rusiya qarşıdurması yaratmaqdır. Bildiyimiz kimi şimal qonşumuzdan Avropaya gedən qaz kəməri Ukraynadan keçir. Beləcə, rəsmi Moskva ən azı iqtisadi cəhətdən Avropa ilə inteqrasiya prosesi yaşayır. Bunun qarşısının alınması üçün isə araya ixtilaflar salmaq, bəzi iqtisadi sanksiyalar tədbiq olunmalıdır. Necə ki, bu sanksiyalar artıq həyata keçirilir. Prosesdən isə yalnız Rusiya deyil, onunla yanaşı həm də Avropanın özü zərərli çıxacaq.
– Ukrayna hadisələri Gürcüstana necə təsir göstərə bilər?
Açığı, Sakaşvilinin prezident kimi fəaliyyətinə münasibətlər fərqlidir. Onun daxili siyasəti qənaətbəxş olsa da, xarici siyasətini uğurlu hesab etmək mümkün deyil. O özünü Gürcü xalqının prezidenti kimi yox, ABŞ -ın səfiri kimi aparırdı. Bir sözlə, Sakaşvili keçmiş və indiki fəaliyyətilə ABŞ-ın MDB üzrə rezidentinə bənzəyir.
-Bəs, bu siyasi oyunlarda Azərbaycanı nə gözləyir?
Sualınıza cavab vermək üçün məsələyə qlobal enerji srtategiyası baxımından nəzər salınmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi Avropaya gedən qaz kəməri Ukraynanın ərazisindən keçir və həmin ölkədə yaşananların da kökündə bu amil dayanır. Münaqişə Qərbə əsas verir ki, öz enerji təhlükəsizliyini təmin etmək üçün alternativ kəmər (Trans-Adriatik Pipeline (TAP) və.s ) lahiyələrinə üstünlük versin. Bu isə Rusiya maraqlarına uyğun deyil və o, Azərbaycan qazını dünya qiymətlərinə almağa razıdır. Qərb və ABŞ da dünyanın böyük enerji potensialının Rusiyanın nəzarətinə keçəcəyindən ehtiyatlanır və bacardıqları qədər buna imkan verməyəcəklər. Yəni regionda, xüsusilə Azərbaycanda iki nəhəng qüdrətin maraqları toqquşur. Nəticə etibarilə indiyə qədər yürüdülən balaslaşdırma siyasəti öz qüvvəsini itirir. Elədirsə, biz kiminlə bir yerdə olmalıyıq, qonşumuz olan ruslarlamı, yoxsa dünyaya nüfuzunu diktə edən ABŞ- lamı?
Azərbaycan hakimiyyətinin bu suala beynəlxalq güclərin ölkəmizə təsir imkanlarını nəzərə alaraq qərar verəcəyinə inanıram. Maraqlıdır ki, Rusiyanın da, ABŞ-ın da Azərbaycana cox tərəfli təsir imkanları var; həm daxili, həm xarici, həm iqtisadi, həm də siyasi cəhətdən bizi ciddi təzyiq altında saxlaya bilərlər. Bütün bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan hakimiyyəti Rusiyayla inteqrasiyaya üstünlük verəcək. Xalq misalında deyildiyi kimi, “uzaq qohumdansa yaxın qonşu yaxşıdır”.