Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma keçirilib.
Son turlarda ardıcıl qələbələr qazanan “Neftçi” bu dəfə “Sumqayıt”la qarşılaşıb. Tərlan Əhmədovun çalışdırdığı paytaxt təmsilçisi mövsümdə 4-cü qələbəsini rəsmiləşdirmək arzusundaydı. Buna çətinliklə də nail olan bakılılar turnir cədvəlində də 4-cü pilləyə yüksəliblər.
Azərbaycan Premyer Liqası
10-cu tur
29 oktyabr
“Neftçi” – “Sumqayıt”
Qol: M.Abbasov, 3. R.Hacıyev, 89 – T.Axundov, 38-pen.
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev.
“Bakcell Arena”.
Turun digər oyunları: “Zirə” – “Qəbələ” – 2:1, “Keşlə” – “Kəpəz” – 0:2, “Qarabağ” – “Səbail” – 1:0.
www.yenicag.az