!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” çempionatın autsayderini darmadağın edib

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, son 2 pillədə gedən “Neftçi” və AZAL komandaları “Bakcell Arena”da üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda 3 qol vuran flaqman oyunda son nöqtəni ikinci hissənin əvvəllərində qoyub. Qonaq komandadan isə Nuqzar Kvirtiya penaltidən təsəlli qolunu vura bilməyib.
Bununla da “Neftçi” xallarını 29-a çatdıraraq, ən azı bir günlük 6-cı pilləyə yüksəlib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XXVI tur
15 aprel (şənbə)
18:30 “Neftçi” – AZAL – 4:0

Qollar: Zdenek Folprest, 13. Daniel Seqovia, 17. İqnasio Herrera, 35. Rəhman Hacıyev, 55
Qolla nəticələnməyən penalti: Nuqzar Kvirtiya, 77 (AZAL)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov”Bakcell Arena”
İlk üç dövrə – 2:0, 0:1, 1:0
Günün ilk matçında “Sumqayıt”la “Zirə” heç-heçə edib – 1:1. Tura aprelin 16-da “Kəpəz” – “Qəbələ” və “İnter” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Yeniçağ.Az

COP29

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv